Azərbaycanda FACİƏ: kişi arvadını döyüb öldürdü

Azərbaycanda FACİƏ: kişi arvadını döyüb öldürdü
Ağstafada əri tərəfindən döyülən qadın ölüb.
Lent.az xəbər verir ki, əri tərəfindən döyülərək xəsarətlər aldığı bildirilən Aşağı Kəsəmən kənd sakini 35 yaşlı Məmmədova Günel Əhməd qızı aprelin 8-də xəstəxanaya yerləşdirilib.
İlkin yardımdan sonra zərərçəkmiş qadın evə buraxılıb. Məlumata görə, qadının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, qadın qaraciyər xəstəliyindən əziyyət çəkib. Yayılan məlumatlara əsasən, G. Məmmədova ərindən dərman almasını istəyib. Onun məhz ərindən dərman almağa görə döyüldüyü iddia olunur.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org