Bakı həbsxanasında daha bir məhkum öldü

Bakı həbsxanasında daha bir məhkum öldü
Bakıda daha bir məhkum həbsdə ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan Elşad Qürbət oğlu Ələkbərov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində 3 məhkum ölüb.
Gundelik-Baku.Org