Narkokuryer 2 kiloqrama yaxın narkotiklə tutuldu

Narkokuryer 2 kiloqrama yaxın narkotiklə tutuldu
Narkokuryer Qubada 2 kiloqrama yaxın narkotiklə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org