“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır” - Partiya sədri

“Zəngəzur dəhlizi ətrafında mənfi geostrateji və əlverişsiz durum yaranır” - Partiya sədri
İkinci Qarabağ müharibəsinin 2 ili tamamlanır. Sabah ölkədə Anım Günü olacaq. Müharibədən sonrakı 2 ildə Azərbaycan niyyətlərinin hamısına nail oldumu? 
Mövzu ilə bağlı danışan Azad Demorkatlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bəzi məqamlara toxunub:
“Mən üçtərəfli bəyanatın geniş təhlilini vermək niyyətində deyiləm, amma üçtərəfli bəyanata əsasən əldə olunan konkret razılaşmalar yerinə yetirilməyib. Çox təəssüf ki, ciddi problemlər hələ də qalmaqdadır. 
Birincisi, rusların “sülhməramlı” adı altında yenidən Azərbaycana qayıtması çox mənfi amildir. Təhlükəsizlik baxımından bütün mənfi təsirləri ilə birlikdə bu amil hələ də qalır. Bu amilin nəticəsidir ki, hələlik biz üçtərəfli bəyanatda, hətta rusların və ermənilərin də razılaşdığı məsələlərin bir çoxunun icrasına nail olmamışıq.
Məsələn, Azərabaycan torpaqlarında hələ də erməni silahlı qüvvələrinin qalıqları var və təxribatlarını davam etdirirlər. Həmçinin, tanınmamış “DQR” de-fakto fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması da baş tutmayıb. İranın da bu məsələyə qoşulmasını nəzərə alsaq, Zəngəzur dəhlizi ətrafında mənfi geosiyasi, geostrateji və əlverişsiz durum yaranır”.
AzDP sədri deyib ki, Fransa, habelə ABŞ-la Azərbaycan arasındakı münasibətlərdə yeni mənfi inkişaf meylləri yaranıb:
“Hələlik Ermənistanla Azərbaycan arasında faktiki sülh danışıqları, eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası başlamayıb. İkinci Ağalı kəndinə qayıdışı çıxsaq, bu 2 il ərzində hələ də qaçqınlarımızı oraya qaytara bilməmişik. Artıq regionda baş verən proseslərə destruktiv rol oynayan Rusiya ilə yanaşı, ABŞ, Fransa və İran da daxil olur”.
“Müsbət tərəfə gəldikdə isə, infrastruktur işlərinin görülməsi, yolların, körpülərin tikilməsi, dəmiryolunun çəkilməsi, beynəlxalq hava limanlarının salınması və Laçın dəhlizinə alternativ yolun çəkilməsinin sürətləndirilməsi və bunun həyata keçirilməsidir”, – deyə Sülhəddin Əkbər fikirlərini yekunlaşdırıb.
Gundelik-Baku.Org