Mert Kubilayla davasından danışdı

Mert Kubilayla davasından danışdı
Aktyor Mert Ramazan Demir həmkarı Kubilay Aka ilə dava etməsi xəbərlərinə münasibət bildirib.
Mert sosial şəbəkələrdə və mediada yayıldığı kimi böyük davanın olmadığını söyləyib:

“Biz mübahisə etmədik, dava olmadı, onunla göz-gözə belə gəlmədim. Bizim Afra (Afra Saraçoğlu – red.) ilə dostluğumuz yeni deyil, çox əvvəldən münasibətimiz var. Amma bu məsələ mənasız yerə çəkildi. O, gəlib, müdaxilə edib. Söhbət zamanı mən içəridə deyildim, Mert Yazıcıoğlu isə zəng etmədi”.

Qeyd edək ki, bir neçə gün əvvəl iki aktyorun restoranların birində dava etdiyi xəbəri yayılmışdı. Kubilayın yaxın dostu Mert Yazıcoğlunun sevgilisi A. Saraçoğlu ilə səmimi olmasına etiraz etdiyi, daha sonra tərəflərin dalaşdığı deyilib.

Gundelik-Baku.Org