Azərbaycanlı çempionun qatili Almaniyada TUTULDU

Azərbaycanlı çempionun qatili Almaniyada TUTULDU
Almaniya polisi azərbaycanlı MMA döyüşçüsü Vüqar Baxşiyevin qətlində şübhəli bilinən 40 yaşlı şəxsi saxlayıb.
Frankfurt polisi tərəfindən tutulan şübhəlinin kimliyi hələlik açıqlanmayıb. 
Hazırda idmançının qətlə yetirilməsi ilə bağlı istintaq tədbirlərinin aparıldığı bildirilib. Cinayətin detalları hələ də məlum deyil.
Xatırladaq ki, qətlə yetirilən həmyerlimiz V.Baxşiyev IFC (Integra Fighting Championship) çempionu olub.
Gundelik-Baku.Org