Türkiyə turistlər üçün vergi tətbiq edir

Türkiyə turistlər üçün vergi tətbiq edir
Türkiyədə yanvarın 1-dən etibarən hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, mehmanxanalarda, düşərgələrdə və digər yaşama obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək.
Bu barədə “Resmi gazete” məlumat yayıb. 
Bildirilir ki, yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.
Gundelik-Baku.Org