Bu ölkədə xurmanın bir dənəsi 11 manatdan bahadır

Bu ölkədə xurmanın bir dənəsi 11 manatdan bahadır
"Anqolada bir ədəd xurma 11.75 manatdır. Marketə getdim, 1 dənəsini aldım və çəki üçün tərəziçiyə verdim. Xurmaya baxa-baxa götürdüyüm yerə qoydum".
Bunu Anqolada yaşayan həmyerlimiz Billurə Bernard sosial şəbəkədəki paylaşımında bildirib.
O qeyd edib ki, bu ölkədə şabalıdın bir kiloqramı 50,37 manatdır. 
"Afrika ölkələrinə Azərbaycandan mövsümi meyvə-tərəvəz ixrac etsək, neçə yüz insan işlə təmin olunar. Bu, Nigeriyada da belə idi. Nəzərinizə çatdırım ki, məhsullar yaxşı satılır".
Gundelik-Baku.Org