Ukrayna Belarusla sərhəddə hasar çəkməyə başlayıb

Ukrayna Belarusla sərhəddə hasar çəkməyə başlayıb
Ukrayna hərbçiləri Belarusla sərhəddə dəmir-beton hasarın tikintisinə başlayıblar.
Bu barədə Belarusun Sərhəd Komitəsi “Telegram” kanalında bildirib.
Qeyd edilir ki, hasarın bəzi hissələrində iki cərgə tikanlı məftillər çəkilib.
Hasar Belarusla dövlət sərhədindən 10-15 metr aralıda çəkilir. Onun hündürlüyü üç-dörd metr təşkil edir.
Gundelik-Baku.Org