Finlandiya bu tarixdə Rusiya ilə sərhəddə hasar çəkəcək

Finlandiya bu tarixdə Rusiya ilə sərhəddə hasar çəkəcək
Finlandiyada gələn il Rusiya ilə sərhəddə üç kilometrlik sınaq hasarı çəkiləcək.
Bu barədə “Yle” məlumat yayıb.
Tikintiyə mart ayında başlanacaq və yayda başa çatdırılması gözlənilir.
Sınaq çəpəri İmatranın Pelkola şəhərində, İmatra Çoxtərəfli Yol kəsişməsinə yaxın ərazidə tikiləcək. Hasar Vuoksi çayının sahilindən başlayacaq və şimal istiqamətində tikiləcək.
Hasarın üzərində video nəzarət quraşdırılacaq. Ən vacib ərazilərdə hasar işıqlandırma və səsgücləndiricilərlə təchiz olunacaq.
Gundelik-Baku.Org