İranda daha bir gənc işgəncə ilə öldürüldü

İranda daha bir gənc işgəncə ilə öldürüldü
İranda türkmən Navid Badpa adlı gənc oğlan azadlıq uğrunda mübarizə apardığı üçün işgəncə ilə öldürülüb.
Mouze“ teleqram kanalının məlumatına görə, Navidin cəsədini təhlükəsizlik qüvvələri ailəsinə təhvil verib. Bu zaman isə gəncin ölüm səbəbinin bədbəxt hadisə olduğunu bildiriblər. Ailəyə də soruşanlara övladlarının bu səbəblə öldüyünü demələri üçün təzyiq göstəriblər.
Ona görə də bu günədək onun ölüm xəbəri mediada dərc olunmayıb.
Gundelik-Baku.Org