Aktrisa məşhur aktyoru toyundan qovub

Aktrisa məşhur aktyoru toyundan qovub
Aktrisa Cennifer Lourens müsahibəsində toyu günü dünya şöhrətli ulduz Robert De Nirodan mərasimi tərk etməsini istədiyini deyib. 
Xarici medianın xəbərinə görə Lourens toy məlisinə qonaq gələn De Nironun özünü yaxşı hiss etməməsindən narahatlıq keçirib.
“O, gözəl idi: valideynlərimlə danışırdı və nəzakətli idi. Amma mən ona “Get,” dedim. 
Mənə elə gəlirdi ki, hava soyuq olduğu üçün o narahatdır, heç kimlə qaynayıb qarışmırdı, məclisdə tənha gəzirdi. Pis hava şəraiti onun üçün çox stressli idi. Qonaqların soyuq olmasından nə qədər narahat olduğumu heç vaxt unutmayacağam. Məni sakitləşdirmək üçün bütün dostlarım yalan danışdılar və hər şeyin yaxşı olduğunu söylədilər”, - o xatırladıb.
Aktrisa Cennifer Lourens 2019-cu ilin payızında meneceri Kuk Maruni ilə evlənib. Toy mərasimi Rod-Aylenddəki ən dəbdəbəli malikanələrdən birində Hollivud məşhurlarının iştirakı ilə baş tutub. Toya 150 qonaq dəvət olunub.

 
Aktrisa məşhur aktyoru  toyundan   qovub
Gundelik-Baku.Org