Məşhur aktrisa gözəllik sirrini açıqladı- Ərinə də minnətdardır

Məşhur aktrisa gözəllik sirrini açıqladı- Ərinə də minnətdardır
Amerikalı aktrisa və prodüser Culiya Roberts “Vogue” jurnalının Britaniya versiyasına müsahibəsində gözəllik sirrini açıqlayıb.

“Erin Brokoviç” filminin 56 yaşlı ulduzu qeyd edib ki, yaxşı irsiyyət onun gənc görünüşünü qoruyub saxlamağa kömək edir. Bundan əlavə, sənətçinin fikrincə, ərinin münasibəti onun cəlbediciliyinə müsbət təsir göstərir. Məlumdur ki, Roberts 21 ildir kinematoqraf Daniel Moderlə evlidir.

“Yaxşı genlər, doyurucu həyat və mən bunu adətən zarafat kimi deyirəm, amma yaxşı insanın sevgisinə inanıram. Ərimin məni sevdiyinə və qayğı göstərdiyinə inanıram, bu məni dərindən xoşbəxt . Və hər dəfə kiminsə xoşbəxt olduğunu görəndə düşünürəm ki, onun neçə yaşında olmasının əhəmiyyəti olmur”, - o bildirib.
Gundelik-Baku.Org