Almaniya hökuməti: İsrailə qarşı soyqırımı ittihamını qəti şəkildə rədd edirik

Almaniya hökuməti: İsrailə qarşı soyqırımı ittihamını qəti şəkildə rədd edirik
İsrailə qarşı irəli sürülən soyqırımı ittihamını qəti və açıq şəkildə rədd edirik, bu ittihamın heç bir əsası yoxdur.
Bu barədə Almaniya federal hökumətinin yaydığı bəyanatda bildirilib.
"7 oktyabr 2023-cü ildə HAMAS terrorçuları İsraildə günahsız insanlara vəhşicəsinə hücum edərək, onlara işgəncə verib, öldürüb və oğurlayıblar. HAMAS-ın məqsədi İsraili yer üzündən silməkdir. O vaxtdan bəri İsrail HAMAS-ın qeyri-insani hücumuna qarşı özünü müdafiə edir".
Bəyanatda Almaniyanın tarixinə və Holokosta diqqət çəkilərək vurğulanır ki, "Federal Hökumət özünü soyqırımı əleyhinə Konvensiyaya xüsusilə sadiq hesab edir.
“Bu konvensiya “bir daha heç vaxt (never again)” həyata keçirilməsi üçün beynəlxalq hüquq alətidir. Biz qəti şəkildə bunu siyasi alət kimi istifadə etməyə qarşıyıq. Biz bilirik ki, müxtəlif ölkələr İsrailin Qəzzada əməliyyatını fərqli qiymətləndirir. Bununla belə, federal hökumət indi Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı irəli sürülən soyqırımı ittihamını qəti və açıq şəkildə rədd edir. Bu ittihamın heç bir əsası yoxdur.
Federal hökumət uzun onilliklər ərzində etdiyi kimi, Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəkləyir. Federal hökumət əsas dinləmələrə üçüncü tərəf kimi müdaxilə etmək niyyətindədir", bəyanatda deyilir.
Gundelik-Baku.Org