Almaniya "Leopard 2" tanklarını Ukraynaya verəcəyini təsdiqlədi

Almaniya "Leopard 2" tanklarını Ukraynaya verəcəyini təsdiqlədi
Almaniya hökuməti "Leopard 2" tanklarını Ukraynaya təhvil verəcəyini, həmçinin digər ölkələrə də onların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. 
Bu barədə Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeştreyt məlumat yayıb.
"Federal hökumət Ukrayna silahlı qüvvələrini "Leopard 2" döyüş tankları ilə təmin etmək qərarına gəldi. Almaniya Ukraynaya öz ehtiyatlarından Leopard 2-ləri göndərmək istəyən tərəfdaş ölkələrə icazə verəcək", - alman rəsmisi açıqlayıb. 
Gundelik-Baku.Org