Qriqoryan İsveçrədə Ukraynanın "sülh formulu" ilə bağlı iclasında iştirak edəcək

Qriqoryan İsveçrədə Ukraynanın "sülh formulu" ilə bağlı iclasında iştirak edəcək
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezidenti Vladimir Zelenskinin "sülh formulu" ilə bağlı iclasında iştirak etmək üçün İsveçrəyə gedəcək.

"News.am" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrəyə işgüzar səfərə gedəcək və yanvarın 14-də Ukrayna Sülh Formulu ilə bağlı dördüncü iclasda iştirak edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Armen Qriqoryan ikinci dəfədir ki, bu formatda görüşlərdə iştirak edir. O, 2023-cü il oktyabrın sonunda bu formatın iclasının keçirildiyi Maltaya səfər edib və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüşüb.
Gundelik-Baku.Org