Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minalarla mübarizə qrupu haqqında memorandum imzalayıb

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minalarla mübarizə qrupu haqqında memorandum imzalayıb
Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirlikləri Qara dənizdə minalara qarşı hərbi dəniz qrupunun yaradılmasına dair Anlaşma Memorandum imzalayıblar.

TASS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması təşəbbüsü 2023-cü ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb.
Gundelik-Baku.Org