BU DA OLDU: Yadplanetlilərə dəvətnamə göndərdilər

BU DA OLDU: Yadplanetlilərə dəvətnamə göndərdilər
ABŞ-ın Kentukki ştatının Leksinqton şəhər sakinləri maraqlı bir akta imza  atıblar. Şəhər alimləri onların adından kosmosa, yadplanetlilərə turizm məqsədilə dəvətnamə göndərib.

Xarici medianın xəbərinə görə, yadplanetlilər üçün göndərilmiş məlumatda şəhərin görməli yerləri barədə məlumat verilib, mənzərələri, insanların şəkilləri paylaşılıb. Onlar yadplanetliləri şəhərlərini görməyə dəvət ediblər. Həmçinin göndərilən məlumatda su, dofomin, spirt və Kentukkinin Burbon şərabının kimyəvi formulu barədə məlumat yer alıb.

“Məktub” öz sahiblərinə 39 il sonra çatacaq. O TRAPPIST-1 ulduz sisteminə göndərilib.
Gundelik-Baku.Org