Rusiyanın "qara siyahı"ya saldığı Moldova rəsmilərinin adları məlum olub

Rusiyanın "qara siyahı"ya saldığı Moldova rəsmilərinin adları məlum olub
Rusiya 10-dan çox Moldova rəsmisinin və jurnalistlərinin ölkəyə girişini qadağan edib.
Bunu Moldova Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasına girişi qadağan olunanlar arasında Moldova prezident aparatının rəhbəri, Ali Təhlükəsizlik Şurasının üzvü Adrian Belutsel, prezidentin xarici işlər və strateji kommunikasiyalar üzrə müşaviri Olqa Roşka, Moldova hökumətinin baş katibi Artur Mija, Audiovizual Məhsullar Şurasının üzvü Ruslan Mixalevski, Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Aleksandr Manoli, həmçinin bir sıra telekanalların, xəbər agentliklərinin və portalların jurnalistlərinin adları var.
Qeyd edək ki, dünən Moldovanın səfiri Rusiya XİN-ə çağırılıb və ona rəsmi Moskvanın Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı etirazı bildirilib, RF ərazisinə girişə "stop" qoyulmuş Moldova rəsmilərinin siyahısı təqdim edilib.
Gundelik-Baku.Org