"Pedofiliya adası” qalmaqalında Türkiyə detalı - Azyaşlı qızları... (FOTO)

"Pedofiliya adası” qalmaqalında Türkiyə detalı - Azyaşlı qızları... (FOTO)
ABŞ-də cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilən və həbsxanada ölü tapılan milyarder Ceffri Epsteinin qızlara qarşı cinsi istismar şəbəkəsi yaratdığı “pedofiliya adası” qalmaqalında yeni iddialar gündəmə gəlib.
Xarici KİV xəbər verir ki, Epsteinin şəxsi pilotu, keçmiş model Nadya Marchinkonun dindirilməsində Türkiyə detalı diqqət çəkib. 
Məlum olub ki, Epstein Türkiyədən qızları qaçıraraq Amerikaya gətirirmiş. 
"Qızlar Türkiyədən ABŞ-yə qaçaq yolla aparılırdı", Nadya ifadəsində bildirib. 
Bu, 1999-cu il İzmit (Türkiyə şəh -red.) zəlzələsindən sonra bölgəyə gələn ABŞ-nin keçmiş prezidenti Bill Klintonun ölkəsinə qayıtmasından sonra bəzi uşaqların itdiyi iddiası yenidən gündəmə gətirib. 
1999-cu il zəlzələsindən sonra itən uşaqlar qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb?  Epstein işi ilə bağlı dəhşətli iddia
Belə ki, Epstein haqqında üzə çıxan dosyedə onun azyaşlı qızlara təcavüz etdiyi və mərasim kimi toplantılar keçirdiyi iddia edilir. Görüşlərdə iştirak edənlər arasında ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Leonardo Di Kaprio, Stiven Hokinq, Brüs Uillis, Kevin Spasi və Maykl Cekson kimi adlar da var.
1999-cu il zəlzələsindən sonra itən uşaqlar qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb?  Epstein işi ilə bağlı dəhşətli iddia
Epsteinin həbsxanada intiharından (2019-cu il, 10 avqust) sonra zərərçəkmişlərin açdığı iddialar davam edərkən, ABŞ-nin Nyu-York dairəsinin hakimi Loretta Preskanın qərarı ilə yüzlərlə sənədin məxfilik qərarı ləğv edilib.
Gundelik-Baku.Org