15 yaşlı yeniyetmədən ağlasığmaz ADDIM: Sinif yoldaşlarının qətliamını hazırlayırmış

15 yaşlı yeniyetmədən ağlasığmaz ADDIM: Sinif yoldaşlarının qətliamını hazırlayırmış
Tatarıstanda Kukmor 4 saylı orta məktəbində sinif yoldaşlarının kütləvi qətlini təşkil etməyi planlaşdıran yeniyetmə saxlanılıb.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları on beş yaşlı yeniyetmənin evindən iki bıçaq, balta, bibər qazı, maska və taktiki əlcəklər aşkar ediblər.
Tələbədən sinif yoldaşlarını qətlə yetirmək planını təfərrüatlı şəkildə əks etdirən dəftər də götürülüb.
Araşdırma zamanı o da məlum olub ki, yeniyetmə internetdən qətl üsulları və evdə PUA-nın necə hazırlanması barədə məlumat toplayıb.
Hazırda həmin şəxs saxlanılıb və cinayətdə ittiham olunub.
Gundelik-Baku.Org