Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb

Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb.

Bu barədə həbsdə olan sabiq dövlət başçısının müalicə aldığı “Vivamedi” klinikasının tibbi direktoru Zurab Çxaidze ölkənin Birinci kanalına açıqlamasında bildirib.

“Pasiyentin vəziyyəti stabildir, mən onun durumunun yaxşılaşdığını deyə bilərəm. Hemodinamik göstəricilər, həmçinin tənəffüs parametrləri stabildir. Real pisləşmə yoxdur”,- həkim deyib.

Çxaidze sabiq Prezidentin qidalanmasının yaxşılaşdığını, lakin hələ də dietoloqların tövsiyə etdiyi vəziyyətə çatmadığını əlavə edib.

Qeyd edək ki, Mixeil Saakaşvili bu gün sağlamlıq vəziyyətini əsas külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edildiyi “Pencək işi” ilə əlaqədar Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakdan imtina edib.
Gundelik-Baku.Org