Bu gün Saakaşvilinin növbəti məhkəmə iclası keçiriləcək

Bu gün Saakaşvilinin növbəti məhkəmə iclası keçiriləcək
Bu gün Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin “pencək işi” üzrə növbəti məhkəmə iclası keçiriləcək.

İclas saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində başlayacaq. Saakaşvilinin məhkəmədə iştirak edib-etməyəcəyi hələki məlum deyil. İş üzrə sabiq Prezident Saakaşvili, həmçinin Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəhbəri Teymuraz Canaşiya qrup şəklində külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edilir.

Dövlət ittihamçısı müttəhimləri büdcədən təxminən 9 milyon lari mənimsəmədə ittiham edir.

Müdafiə tərəfi ittihamları əsassız hesab edir.
Gundelik-Baku.Org