Kaxovka SES-i kim partladıb? - Səs yazısı yayıldı

Kaxovka SES-i kim partladıb? - Səs yazısı yayıldı
Ukraynadakı Kaxovka SES-i rus diversiya qrupu tərəfindən partladılıb. 
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.  
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərin səs yazısını əldə edib.
"Səsyazmada rus hərbçiləri Ukraynanı bəndlə qorxutmaq istədiklərini, amma partlayışın plana uyğun getmədiyi üçün dağıntının böyük olduğunu söyləyir" - SBU qeyd edib. Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyası tərəfindən törədilmiş hərbi cinayət faktı üzrə cinayət işi açıb.



Gundelik-Baku.Org