Kiçik su pərisi, böyük məyusluq...

Kiçik su pərisi, böyük məyusluq...
Bu günlərdə böyük ekranlarda nümayiş olunmamışdan əvvəl tənqid olunan “Kiçik su pərisi”nin dünya premyerası baş tutdu.
Əgər premyeradan sonra nəyinsə dəyişdiyini düşünürsünüzsə, yox, sosial şəbəkə istifadəçiləri mənfi rəylər yazmağa davam edir. Nüfuzlu “Deadline” nəşri də bununla bağlı material yayıb.
Bildirilir ki, filmin remeyki çətin ki, istehsal və marketinq xərclərini geri qaytarsın, çünki gözlənilən ödənişlər layihənin büdcəsini əhatə etmir. Filmin təxmini ümumi dəyəri 476 milyon dollardır.

Bununla belə, televiziya yayımları və disk satışı vasitəsilə “Disney” əlavə gəlir əldə edə bilər. Həmçinin qeyd edilir ki, sənaye ekspertləri filmin uğurunu “böyük məyusluq olmasa da, məyusluq” kimi qiymətləndirir.
Qeyd edək ki, hazırda film dünya üzrə kassada 210 milyon dollar gəlir toplayıb. Mənfəət əldə etmək üçün ona daha 450-500 milyon dollar qazanc lazımdır.

Gundelik-Baku.Org