İran yeni atom elektrik stansiyalarının tikintisinə başladı

İran yeni atom elektrik stansiyalarının tikintisinə başladı
İranın Buşəhr şəhərində 2 atom elektrik stansiyasının (AES) tikintisinə başlanılıb. 
İran KİV-ləri xəbər verir ki, bu barədə Buşəhr valisi Əhməd Məhəmmədizadə bildirib. 
Onun sözlərinə görə, hər biri 1800 meqavat gücündə olan 2 atom elektrik stansiyası tikilir. 
"Bu 2 layihədə heç bir xarici işçi yoxdur və bütün işlər yerli mütəxəssislər tərəfindən həyata keçirilir", - deyə vali qeyd edib. 
Gundelik-Baku.Org