Nalayiq davranışlarına görə teleaparıcını "dəlixana"ya atdılar

Nalayiq davranışlarına görə teleaparıcını "dəlixana"ya atdılar
Los-Ancelesdə polis “Jaks” şousunun ulduzu, skeytbordçu və teleaparıcı Bam Marqeranı ruhi xəstəxanaya yerləşdirib.
Xarici media bildirir ki, polis cəmiyət üçün təhlükə yaratmasını əsas gətirərək mobil telefon vasitəsilə Marqeranın izinə düşüb. Onun aktyor Denni Trejoya məxsus restoranını tapıblar.
Marqeranın qəribə davranışı və nitqində tutarsızlıq polisi onu psixiatrik müayinəyə aparmağa məcbur edib. ABŞ qanunlarına görə, o, tibb müəssisəsində 72 saatdan çox qalmayacaq.
Bildirilir ki, Marqeranın nalayiq davranışlarla mətbuatın manşetlərinə düşməsi ilk deyil. Belə ki, 2021-ci ildə o, sərxoş olduğu üçün “Jaks”dan qovulub.
Gundelik-Baku.Org