Polis buna görə Rişi Sunaka xəbərdarlıq etdi

Polis buna görə Rişi Sunaka xəbərdarlıq etdi
Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə Hayd Parkda iti bağsız gəzdirdiklərinə görə polis tərəfindən xəbərdarlıq edilib.
Bu barədə London polisi açıqlama yayıb. 
İtin bağsız gəzməsindən xəbərdar olduğu barədə məlumatı paylaşan Böyükşəhər Polisi, “Sunak ailəsi ilə danışılaraq qaydalar xatırladılıb. Onlar köpəyi yenidən bağlayıblar”, - deyə ifadə edib.
Sunak daha əvvəl sosial media hesabları üçün çəkilmiş videoda hərəkətdə olan avtomobildə təhlükəsizlik kəməri taxmadan sürdüyü üçün cəzalandırılmışdı.
Gundelik-Baku.Org