Ermənistanın eks-prezidentlərinin cinayət işlərinə nəzarət edən prokurorlar istefa verdilər

Ermənistanın eks-prezidentlərinin cinayət işlərinə nəzarət edən prokurorlar istefa verdilər
Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın cinayət işlərinə nəzarət edən prokurorlar niyə tutduqları vəzifələrdən imtina ediblər. 
Bu barədə "Joqovurd" qəzeti növbəti yazısında məlumat dərc edib. 
"Robert Köçəryanın (“1 mart”) işində prokurorluq edən baş prokurorun müavini Gevorq Baqdasaryan və Kotayk vilayətinin prokuroru Petros Petrosyan istefa ərizəsi verib. Serj Sarkisyanın işi üzrə prokuror Arsen Martirosyan da istefa ərizəsi verib. Onların hansı  səbəbdən vəzifələrindən imtina etməsi məlum deyil", - KİV qeyd edib.
Gundelik-Baku.Org