Nyu-Yorkda Türk Evinə hücum oldu

Nyu-Yorkda Türk Evinə hücum oldu
Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-York Baş Konsulluğunun yerləşdiyi Türk Evi binasına hücum edilib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. 
Bildirilir ki, naməlum şəxs əlindəki dəmir alətlə binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gundelik-Baku.Org