Türkiyə yeni əməliyyata başladı

Türkiyə yeni əməliyyata başladı
Türkiyə ordusu Diyarbakırda 1006 personalın iştirakı ilə "Eren Mühasirəsi Payız Qış-3" adlı Şəhid Jandarma Kapitanı Fuat Oğuzcan əməliyyatına başlayıb. 
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən açıqlama verilib. 
Diyarbakır Jandarma Region Komandanlığının koordinasiyasında 1006, əlavə olaraq Jandarma Komando Xüsusi Hərəkat, JÖH, Komando və Təhlükəsizlik Mühafizə qruplarından ibarət 61 əməliyyat qrupu da əməliyyata cəlb olunub. 
Əməliyyatın ilk günü Diyarbakırın Ulucak və Yorulmaz məhəllələrində aparılan axtarış əsnasında 58 fərqli nöqtədə tonlarla kimyəvi maddə aşkar edilərək götürülüb. 
Gundelik-Baku.Org