Keçmiş prezidentin oğlunun arvadını vəhşicəsinə döyməsinin TƏFƏRRÜATI -YENİLƏNİB

Keçmiş prezidentin oğlunun arvadını vəhşicəsinə döyməsinin TƏFƏRRÜATI -YENİLƏNİB
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlunun saxlanılmasının təfərrüatları məlum olub. 
Xarici media xəbərinə görə, Pyotr Kərimov həyat yoldaşını pula görə döyüb. O, arvadından Daşkəndə uçmaq və oteldə qalmaq biletinin pulunu verməsini tələb etdiyi üçün gecə onlar mübahisə edib. Lakin onun tələb etdiyi məbləğ olmayıb. Bu, kişini qəzəbləndirib və o, arvadına hücum edib.
Pyotr Kərimov polis bölməsindən buraxıldıqdan sonra itkin düşüb.
***
12:05
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlu Krasnoqorskda həyat yoldaşını vəhşicəsinə döyüb.
Xarici media məlumatına görə, hər şey Moskva yaxınlığındakı bulvardakı çoxmərtəbəli binada baş verib. Mübahisə zamanı Pyotr Kərimov arvadını bir neçə dəfə vurub.
Qadın müxtəlif  bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Kərimov polis idarəsində dindirilib və sərbəst buraxılıb.
Hadisə ilə bağlı araşdırma təşkil edilib. Məlumata görə, Özbəkistanın keçmiş prezidentinin oğlu indi şübhəli statusundadır.
Həkimlər onun həyat yoldaşına qarının küt travması, beyin silkələnməsi və qanaxma diaqnozu qoyublar.
İslam Kərimov 1991-ci ildə Özbəkistanın prezidenti olub. 2016-cı il avqustun 27-də beyin qanaması keçirib və xəstəxanaya yerləşdirilib. Sentyabrın 2-də Kərimov dünyasını dəyişib.
Gundelik-Baku.Org