Şirkət işçisi 365 günlük ödənişli məzuniyyət qazandı

Şirkət işçisi 365 günlük ödənişli məzuniyyət qazandı
Çində bir şirkət işçisi 365 günlük ödənişli məzuniyyət qazanıb.  
Bu  barədə "Asia One" nəşri məlumat yayıb. 
Bildirilir ki, mükafat şirkətin təşkil etdiyi illik şam yeməyində oynanılıb. Qalib firmada yüksək vəzifə tutan işçi olub. Çinli bəxtinə inanmayıb və bir neçə dəfə aparıcıdan səhv olub-olmadığını soruşub. Rəhbərlik 1 illik məzuniyyətə çıxan işçisinə ödəniş edib. 
Gundelik-Baku.Org