Atalıq məzuniyyətinin müddəti artırılsın - TƏKLİF

Atalıq məzuniyyətinin müddəti artırılsın - TƏKLİF
Azərbaycanda yeni övladı olan atalara 14 günlük ödənişli məzuniyyət verilməsi müddətinin artırılmasını təklif edilib.
Belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə çıxış edib. O bildirib ki, 14 gün bir körpəyə baxılması üçün çox azdır. 
"Körpəyə baxmaq üçün azı 1 ay vaxt lazımdır. Hesab edirəm ki, dövlət və özəl şirkətlər üçün bir ay elə də çox müddət olmaz”. 
Xatırladaq ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə təkliflər verilib və reaksiya müsbət olub.
Gundelik-Baku.Org