Keçmiş nazirin oğlu müharibədə öldü

Keçmiş nazirin oğlu müharibədə öldü
Krımın keçmiş idman naziri Georgi Şestakın oğlu Denis Şestak Rusiyanın Ukraynada apardığı müharibədə ölüb. 
Xarici media bildirir ki, bu barədə Güləş Federasiyasının saytında məlumat verilib.


“O, aprelin 7-də hərbi xidmətini yerinə yetirərkən dünyasını dəyişib”, - məlumatda deyilir.
Denis Şestak yunan-Roma güləşi üzrə idman ustası, Ukrayna çempionatının gümüş mükafatçısı olub. O, 2022-ci ilin oktyabrından müharibədə iştirak edib. Onun həyat yoldaşı və iki uşağı - bir oğlu, bir qızı qalıb.
Gundelik-Baku.Org