Evlilikdə xoşbəxt olmadığınızı göstərən 4 əlamət

Evlilikdə xoşbəxt olmadığınızı göstərən 4 əlamət
Evlilikdə yaşanan problem bir müddətdən sonra münasibətlərə ziyan vurur. Buna görə evlilik həyatında cütlüklərin bir-birinə lazımi səbri, qayğını və diqqəti göstərmələri vacibdir. Belə olmayan halda ikili arasındakı münasibəti pis sonluq gözləyir. 
Türkiyə mətbuatı evlilikdə xoşbəxt olmadığınızı göstərən bir neçə əlaməti təqdim edir: 
Paylaşımların dayanması 
Həyatınızla bağlı vacib hadisələri həmişə həyat yoldaşınızla bölüşmək istəyirsiniz. Amma artıq hər hansı bir vəziyyəti və ya dəyişikliyi həyat yoldaşınızla paylaşmağa həvəs qalmayıbsa, hətta bunu istəmirsinizsə, deməli, burada ciddi bir problem var. 
Qarşı tərəfin hərəkətlərindən narahat olmaq 
Həyat yoldaşınızın hər hərəkəti sizi narahat edirsə, evliliyinizi yenidən nəzərdən keçirməlisiniz. Daha əvvəl gözünüzə görünməyən xırda şeylər artıq sizdə qıcıq yaradırsa, bu, yoldaşınıza qarşı baxışınızın dəyişdiyini göstərir. 
Müzakirələr ciddi davalara çevrilir 
Hər evlilikdə fikir ayrılıqlarının və mübahisələrin olması təbiidir. Problemlərinizi sakit şəkildə həll etmək əvəzinə mübahisə edirsinizsə, bu sizə və münasibətinizə zərər verəcək. Buna görə də, razılaşmadığınız və ya narahat olduğunuz şeyi partnyorunuzla sakitcə paylaşın. 
Ayrı həyatlar yaşayırsınız 
Həyatınızda hər hansı qərarı alarkən artıq yoldaşınızla məsləhətləşmirsinizsə, deməli, aranızda soyuqluq var. Artıq qarşı tərəfin qərarlarınıza dəstək olub olmamanızı önəmsəmirsiniz. 
Gundelik-Baku.Org