UFC-nin rəhbəri həyat yoldaşını döydü

UFC-nin rəhbəri həyat yoldaşını döydü
UFC hələ yeni ildə heç bir turnir keçirə bilməyib, lakin görünür, “ilin döyüşü” artıq baş tutub.
Qarışıq döyüş növləri liqasının rəhbəri Dana Uayt sərxoş halda gecə klubunda həyat yoldaşı ilə dava edib. Hadisə Meksikada qeydə alınıb.
Promouter artıq üzr istəyib və həyat yoldaşı onu bağışlayıb. Lakin Dananın anası oğlunun UFC-dəki bütün rinq qızları ilə yatdığını söyləyib.
Beləliklə də, 2023-cü ilin əvvəlindəki ən böyük MMA qalmaqalı qəfəsdən kənarda baş tutub.
Qeyd edək ki, Dana və həyat yoldaşı Enn 26 ildir ki, evlidirlər. Cütlüyün üç övladı  var.

Mənbə: kp.ru
Gundelik-Baku.Org