19-cu mərtəbədən yıxılan kişi durub mahnı oxudu

19-cu mərtəbədən yıxılan kişi durub mahnı oxudu
Rusiyada 19-cu mərtəbədən yıxılan kişi sağ qalıb.
Yerli media bildirir ki, 19 mərtəbəli binanın pəncərəsindən yıxılaraq “Nissan X-Trail” markalı avtomobilə düşən şəxs hadisədən sonra “qışqırıb, hətta zarafat edib”.
Şahidlərin sözlərinə görə, onun 40 yaşı var. İddiaya əsasən qarşılıqsız sevgidən əziyyət çəkdiyi üçün özünü 19-cu mərtəbədən atıb.
Həmin şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org