Bakıda özünü 15-ci mərtəbədən atan şagirdin müəllimləri danışıblar

Bakıda özünü 15-ci mərtəbədən atan şagirdin müəllimləri danışıblar
Bakıda intihar edən yeniyetmə qızla bağlı yeni faktlar məlum olub.
Lent.az xəbər verir ki, ötən gün Xətai rayonunda yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyan, 16 yaşlı Sofiya Juravlyova 8 saylı orta məktəbin şagirdi olub. O, həmin məktəbin 10-cu sinfində təhsil alıb. Müəllimlərinin dediyinə görə, Sofiya Juravlyova təhsildə yaxşı və ya pis mənada seçilən şagird olmayıb.
İntihar edən şagirdin psixoloji problemlərinin olduğu bildirilir, lakin onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
İntiharın dəqiq səbəbləri araşdırmaların sonunda məlum olacaq.
Gundelik-Baku.Org