Coli qızlarına nə üçün köhnə paltarını geyindirir?

Coli qızlarına nə üçün köhnə paltarını geyindirir?
Dünyaca məşhur ulduz Ancelina Colinin qızlarına nə üçün köhnə paltarlarını geyindirdiyi məlum olub.
Colinin illər öncə “Oskar” mükafatının təqdimat mərasimində və digər dünyaca məşhur tədbirlərdə geyindiyi donları daha sonra qızları istifadə edir.
O, bu yaxınlarda “Vogue” jurnalına verdiyi açıqlamada da vaxtsız dəbin nə qədər vacib olduğunu söyləyib. Ancelina davamlı tərzə olan marağını övladlarına aşılamağa çalışır. Bunun üçün də dəbli libaslarını qızlarının üzərində sınayır.
Qeyd edək ki, aktrisanın 5 övladı var.

Gundelik-Baku.Org