Həyat yoldaşı ilə tətilə gedən Merkelin fotosu diqqət çəkdi

Həyat yoldaşı ilə tətilə gedən Merkelin fotosu diqqət çəkdi
Almaniyanın ən ikonik liderlərindən biri olan Angela Merkelin fotoları ölkədə gündəm olub.
Almaniyanın “Bild” qəzeti  işindən ayrıldıqdan sonra “adi vətəndaş” kimi yaşayan və tətil zamanı planlı təyyarə ilə ekonom sinifdə səyahət edən 68 yaşlı Merkelin fotolarını yayımlayıb.
Nəşr qeyd edir ki,  Merkel “Eurowings” adlı aviaşirkətə üstünlük verib və əri professor Yoahim Sauerlə istirahət edib. Cütlüyün İspaniyanın Kanar adalarına getdiyi və "Innside by Melia" adlı 4 ulduzlu hoteldə qaldıqları bildirilib. Merkelin qaldığı hoteldə bir gecəlik rüsumun qiyməti 162 avrodur.  
Qeyd edək ki, Angela Merkel 2013-2021-ci illər arasında Almaniyanın kansleri vəzifəsini icra edib.  

 
  • Həyat yoldaşı ilə tətilə gedən Merkelin fotosu diqqət çəkdi
  • Həyat yoldaşı ilə tətilə gedən Merkelin fotosu diqqət çəkdi
Gundelik-Baku.Org