Şahzadə Diananın “İntiqam libası”

Şahzadə Diananın “İntiqam libası”
Şahzadə Diananın qara rəngli eleqant geyimi tarixə “intiqam libası” kimi düşüb. Çünki bu libası geyməklə Diana keçmiş ərinə bir kəlmə söz demədən, ondan intiqam almağı bacarıb.
Adi qara donun nə üçün səssiz silaha çevrilməsi barədə hekayəni yada salır.
Şahzadə Diananın  libasları XX əsrin modasına öz möhürün vurmuşdu. Lakin bu libasların heç biri onun balaca qara donu qədər məşhurlaşmadı, tarixə düşmədi.
1994-cü ildə Şahzadə Çarlzın iştirakı ilə proqram efirə getdi və həmin televiziya verilişində Çarlz Diana ilə münasibətlərinin olmadığını təfərrüatı ilə dilə gətirdi. Bununla da yetinməyib, Kamilla Parkeri sevdiyini söylədi. 
Bu hadisədən bir neçə gün sonra kral ailəsinin iştirakı ilə xeyriyyə tədbiri keçirildi.
Diana bu tədbirə qatılmaya da bilərdi, lakin o, öz qürurunu qorumalı idi. Kral ailəsinin üzvlərinə xas olmayan tərzdə açıq geyimi ilə Diana Çarlzdan intiqamını almış oldu.
Bu libası jurnalistlər “İntiqam libası” adlandırdılar. Maraqlıdır ki, media nümayəndələri  xeyriyyə gecəsini təşkil etmiş Çarlzdan və onun xidmətlərindən çox “intiqam libası” barədə yazırdılar. Bu Çarlzın kefini çox pis pozdu.
Diananın ölümündən sonra “intiqam libası” hərraca çıxarıldı və satışdan əldə edilən gəlir xeyriyyə işlərinə sərf olundu.
Gundelik-Baku.Org