Türkiyədə zəlzələ zamanı xəsarət alan və onlara yardım edənlər peyvənd olunur

Türkiyədə zəlzələ zamanı xəsarət alan və onlara yardım edənlər peyvənd olunur
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələlərdə yaralananlar və dağıntılarda çalışan personalın tetanus riskinə qarşı peyvənd edildiyini açıqlayıb.
“Xalq Sağlamlığı qruplarımız zəlzələ zamanı yaralanan vətəndaşları və dağıntılar üzərində çalışan personalı tetanus riskinə qarşı peyvənd edir”, - o yazıb.
Nazir bildirib ki, peyvənd qrupları məhəllələri və kəndləri gəzirlər.
Koca peyvənd işi zamanı çəkilən görüntüləri də paylaşıb.


 
Gundelik-Baku.Org