Etirazçılar Paşinyana 1 həftə möhlət verdilər

Etirazçılar Paşinyana 1 həftə möhlət verdilər
Bu gün İrəvanda hökumət binası önündə toplaşmış hərbçilərin valideynləri Baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan ilə görüş təşkil etmək üçün onlara bir həftə möhlət verib.
“Sputnik Armenia” xəbər verir ki, etirazçılar toplantı təşkil olunmasa, başqa əməllərə əl atacaqları ilə hədələyiblər.
Səlahiyyətlilər qısa müddətdə Paşinyan və Papikyanla görüş təşkil edəcəklərinə söz veriblər.
Xatırladaq ki, yanvarın 19-da baş verən yanğında 15 erməni hərbçisi həlak olub, daha bir neçə nəfər isə müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alıblar.
Gundelik-Baku.Org