Rusiya Ukraynanın üstünə 300 minlik orduyla gedib

Rusiya Ukraynanın üstünə 300 minlik orduyla gedib
“Rusiya işğalın ildönümündə yeni hücuma keçə bilər”. 
UNIAN xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib. 
“Ruslar simvolizmlə yaşayırlar, ona görə də fevralın 24-dək nəsə etməyə cəhd edə bilərlər”, - deyə müdafiə naziri söyləyib. 
Nazir deyib ki, Ukrayna Rusiya qüvvələrinin həcmini kiçik hesab etmir. 
“Rəsmi rəqəm 300 mindir, bu, səfərbər olunanların sayıdır, lakin sərhədlərdə qoşunları görəndə, bu, bizim hesablamalarımıza görə, daha çox deməkdir”, – əlavə edib. 
Qeyd edək ki, ötən gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov da analoji açıqlama ilə çıxış etmişdi. 
Gundelik-Baku.Org