Yeni il ərəfəsində qızıl ucuzlaşıb

Yeni il ərəfəsində qızıl ucuzlaşıb
Alıcı fəallığının zəif olması ilin son ticarət sessiyasında qızılın cüzi ucuzlaşmasına səbəb olub.

Birjalar xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın fevral fyuçersləri 0,15 % və ya 2,75 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1823,25 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,45 % düşərək 1 unsiyası 24,137 ABŞ dolları təşkil edib.

Ümumilikdə, ilin əvvəlindən qızılın qiyməti 0,5 % artıb.
Gundelik-Baku.Org