2023-cü il “Aşıq Veysəl ili” elan edildi - Nələr olacaq?

2023-cü il “Aşıq Veysəl ili” elan edildi - Nələr olacaq?
Türkiyə Prezidenti Rəcəb Taqyyib Ərdoğan 2023-cü ilin “Aşıq Veysəl ili” élan edilməsi barədə fərman imzalayıb.
Türkiyə mətbuatı xəbər verir ki, xalq ozanı Aşıq Veysəlin ölümünün 50-ci ili münasibəti ilə UNESCO çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. 
“Sazı və sözü il dünya pəncərəsindən insanlığa səslənən xalq ozanını rəhmətlə yad eləmək və adını əbədiləşdirmək üçün il ərzində ölkə daxilində və xaricində tədbirlər təşkil ediləcək”! deyə fərmanda qeyd edilib.
Aşıq Veysəlin yaradıcılığında humanizm, eşq, yurd sevgisi özəl yer tutur. 
Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Sivrialan kəndində doğulub. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər, veysl isə 7 yaşında bu xəstəlikdən kor olur.
Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6-7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdi. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. 
Onun tanınmasında XX yüzilliyin 30-cu illərində Sivasda ədəbiyyat müəllimi işləyən görkəmli şair Əhməd Qüdsi Təcərin xidmətləri böyükdür. Aşıq Veysəl Şatıroğlu bir müddət, xalq türküləri müəllimi kimi fəaliyyət göstərib.Tez-tez İstanbul və Ankara radiolarında sazıyla, sözüylə çıxış edən Veysəl Şatıroğlunun “Deyişlər”, “Sazımdan səslər”, “Aşıq Veysəl”, “Dostlar məni xatırlasın” kitabları işıq üzü görür. Saz şairi 1973-cü ildə martın 12-də doğma kəndi Sivrialanda dünyasını dəyişib. Aşığın durumunu və vətən qarşısındakı xidmətlərini nəzərə alaraq 1960-cı ildən ona özəl təqaüd ayrılmış, xatirəsini əbədiləşdirmək üçün haqqında film çəkilmişdi. 
Gundelik-Baku.Org