Suitilər üçün reabilitasiya mərkəzi yaradılacaq

Suitilər üçün reabilitasiya mərkəzi yaradılacaq
Rusiyanın “Kompas” Ekoloji Təşəbbüslərə Dəstək və İnkişaf Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin mühafizəsi üzrə kompleks proqram yaratmağı planlaşdırır.
Heyvanların xilası üçün tədbirlərdən biri reabilitasiya mərkəzinin açılması olacaq.
Suitilərin xilas edilməsi proqramına yerli balıqçıların və könüllülərin – tələbələrin cəlb olunması planlaşdırılır.
Tədqiqat işlərinə gələn ilin yanvarında başlanacaq.
Gundelik-Baku.Org