Bülent Ersoy üçün Bakıda özəl kulis hazırlandı

Bülent Ersoy üçün Bakıda özəl kulis hazırlandı
Yeni il günü Bakıda səhnəyə çıxmağa hazırlaşan türk sənətçi Bülent Ersoy Bakıya erkən gələcək.
Müğənni 29 dekabrda təşrif buyuracağı paytaxtımızda 1 həftə qalacaq. Digər maraqlı nüans isə Ersoyun rayderi ilə bağlıdır. Onun üçün çıxış edəcəyi məkanda özəl kulis hazırlanıb. Hətta sənətçinin rahatlığı üçün hamam otağı da inşa edilib.
Qeyd edək ki, konsertə biletlər 130 manatdan başlayır.


Gundelik-Baku.Org