Siçovul görüntülənən şirniyyat mağazasının sahibindən ağlasığmaz addım - YENİLƏNİB

Siçovul görüntülənən şirniyyat mağazasının sahibindən ağlasığmaz addım - YENİLƏNİB
Paytaxtda məhsullarının üzərində siçan gəzən şirniyyat evinin sahibi mağazanın vitrinlərini, reklam lövhələrini və s. yığışdırıb.
Baku TV xəbər verir ki, bununla belə o, mağazanın yenidən fəaliyyətinə davam edəcəyini bildirib. 
Mağaza sahibi, gigiyenik qaydalara əməl olunduğunu, siçanınsa içəriyə təsadüfən girdiyini deyib:
"İçərini təmizləmişik, məhsulları da çıxarıb atmışıq".

***11:14
"Qeyd olunan məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb".
Bu barədə AQTA-nın mətbuat xidmətindən açıqlama verilib.
"Məlumat sosial şəbəkədən götürülüb, hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək", - deyə qurumdan bildirilib.

*** 10:55
Paytaxtda şirniyyat mağazasında məhsulların üzərində siçovul gəzir.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Məlumata görə, görüntülər lentə alınan "Balaca" şirniyyat evi metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşir.
Şikayətçi iddia edir ki, mağaza işlək vəziyyətdədir və burada ev şirniyyatları satılır. Hansı ki onların da üzərində siçovullar gəzir.
Görüntülərlə bağlı BAKU.WS sözügedən satış obyekti ilə əlaqə saxladı. Buradan bizə bildirildi ki, həmin video montajdır.
Lakin mağaza əməkdaşı eyni zamanda həmin satış yerinin artıq bağlandığını da vurğuladı:
"Həmin videodan sonra biz dükanı bağladıq. İndi də videonu montaj edənləri axtarırıq. Bizim dükanımızda siçan girə biləcək yerlər yoxdur. Heç videodakı şirniyyatlar da dükanımızda satılmır. Çox güman, bunu edən bizə qarşı pis niyyəti olan biridir".







Gundelik-Baku.Org